İlon Mask Obamanı ÖTDÜbackend

İlon Mask Obamanı ÖTDÜ

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask artıq “Twitter”də ən çox izləyicisi olan hesaba sahibdir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 44 milyard dollara aldığı “Twitter”də sürətlə yüksələn Maskın izləyicilərinin sayı 133 milyonu keçib.

Belə ki, o, bu izləyici sayı ilə “Twitter” mikrobloq tətbiqinin fenomeni olub və ABŞ-nin keçmiş prezidenti Barak Obamanı üstələyib.

Qeyd edək ki, Obama öz hesabından nadir hallarda istifadə etsə də, İlon Mask hər gün onlarla tvit yazır.

Bu gedişlə gündə orta hesabla 100 min izləyici qazanan Maskın yanvarın 17-də Obamanın hesabını keçəcəyi təxmin edilirdi. Bununla belə, Mask 2 aydan çox gecikmə ilə Obamanı qabaqlaya bilib.

Məlumata görə, siyahıda 3-cü yerdə 113 milyondan çox izləyicisi olan Castin Biberdir. Onu Katy Perry, Rihanna və Cristiano Ronaldo izləyir. Bu ünlülərin izləyicilərinin sayı isə 100 milyondan çoxdur. İlk onluğu Taylor Svift, Narendra Modi, Donald Tramp və Ledi Qaqa tamamlayır.

Sevinc Paşayeva,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*