İlon Mask “Twitter” əməkdaşlarına məsafədən (distant) işləməyi qadağan edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, işçilər həftədə ən azı 40 saat ofisdən işləyəcək.
Yeni qayda dərhal qüvvəyə minəcək.
Qeyd edək ki, oktyabrın 27-də Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumatına görə, milyarder şirkətin direktorlar şurasını ləğv etməyə hazırlaşır. İş adamı “Twitter”i aldıqdan sonra iki həftə ərzində işçilərinin demək olar ki yarısını işdən çıxarıb.
İqbal Rzayev,
KONKRET.az
