İlon Maskın transseksual “qızı” atasından tamamilə İMTİNA EDİR – FOTObackend

İlon Maskın transseksual “qızı” atasından tamamilə İMTİNA EDİR - FOTO

İlon Maskın oğlu cinsini və adını dəyişməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. İlon Maskın 18 yaşlı oğlu Xavier Alexander cinsini dəyişmək qərarına gəlib. Onun artıq müvafiq sənədləri məhkəməyə təqdim etdiyi məlum olub. O, bu qərarı bu ilin aprelində verib.

18 yaşlı Ksavye Aleksandr Mask artıq müvafiq sənədləri təqdim edib.

Bundan əlavə, oğlan dünyaca məşhur atasının adından da imtina etmək istəyir. Beləliklə, o, İlon Mask ilə bütün əlaqələri kəsmək istəyir. Ksavye Aleksandr anasının soyadını götürməyi planlaşdırır.

Milyarderin varisinin sənədlərinin şəkilləri Twitter sosial şəbəkəsində yayımlanıb. Onun Los-Anceles dairəsinə müraciət etdiyi bildirilir.
“Mən uzun müddətdir ki, bioloji atamla yaşamıram və onunla heç bir əlaqədə olmaq istəmirəm”, – oğlan deyib.

İndi o, qadın kimi tanınmağa və Vivian Çenna Uilson adlandırılmağa çalışır.

Qeyd edək ki, Ksavye Aleksandr İlon Mask və onun birinci həyat yoldaşı Castina Uilsonun oğludur. Cütlük 8 illik evlilikdən sonra 2008-ci ildə boşanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*