İmamoğlunun 4 il bir ay həbsi istənildibackend

İmamoğlunun 4 il bir ay həbsi istənildi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Yüksək Seçki Komissiyası (YSK) üzvlərini təhqir etməsi iddiası ilə bağlı 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Anadolu 7-ci Əsas Cəza Məhkəməsində keçirilən prosesdə Əkrəm İmamoğlunun vəkili Kamal Polat iştirak edib.

İclasda mahiyyəti ilə bağlı rəyini açıqlayan prokurorluq, İmamoğlunun “dövlət məmurlarını açıq-aşkar təhqir etmək” ittihamı ilə 4 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İmamoğlunun vəkili Kamal Polat hakimin vəsatətinin rədd edilməsi ilə bağlı verilən qərarların prosedura zidd olduğunu bildirib.

Qeyd edək ki, E.İmamoğlu 31 mart 2019-cu ildə ləğv edilmiş İstanbul bələdiyyə seçkisindən sonra “31 Martı ləğv edənlər axmaqdır” demişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*