“Təcavüzə məruz qalan 11 yaşlı qızın anası da həbs edilməlidir” – EKSKLÜZİV VİDEOMÜSAHİBƏbackend

"Təcavüzə məruz qalan 11 yaşlı qızın anası da həbs edilməlidir" - EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İmişlidə 11 yaşlı qızcığazla bağlı yaşanan dəhşətli olay bütün ölkəni silkələyib. Hadisə ictimaiyyətdə böyük sarsıntı yaratmaqla yanaşı, cəmiyyətdə məişət zorakılığı faktları ilə mübarizə məsələsini də aktuallaşdırıb. İndi hər kəsi bu dəhşətli zorakılıq hadisəsi ilə əlaqədar hansı tədbirlərin görüldüyü, ümumən isə aidiyyəti üzrə fəaliyyət göstərən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu yöndə atdığı addımlar çox düşündürür.

KONKRET.az bu və digər məsələlərə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ilə aydınlıq gətirməyə çalışıb. Sədaqət Qəhrəmanova “Cəzasızlıq yeni cinayətlərə yol açır” prinsipini əsas gətirərək, günahkarların, hətta uşağın anasının qanunla ciddi şəkildə cəzalandırılmasının qaçılmaz olduğunu bildirib.

O, həmçinin, bu cür halların qarşısının alınmasında bütün strukturların və ictimaiyyətin üzərinə düşən vəzifələrdən danışıb. Sədaqət Qəhrəmanova ilə ətraflı video müsahibəni təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*