İmsakda bu qidaları yeməyinbackend

İmsakda bu qidaları yeməyin

Ramazan ayında imsak vaxtı qəbul edilən qidalar gün ərzində oruc tutan şəxsin enerjisinə və sağlamlığına birbaşa təsir göstərir.

KONKRET.az-ın Metbuat.az-a istinadən məlumatına görə, bəzi qidalar imsak süfrəsi üçün uyğun deyil və susuzluq, halsızlıq və həzm problemlərinə səbəb ola bilər.

Xüsusilə duzlu, ədviyyəli və çox yağlı yeməklər gün ərzində susuzluğu artırır. Şirin qidalar və şəkərli içkilər isə qanda şəkərin sürətlə qalxıb düşməsinə səbəb olduğundan tez aclıq hissi yaradır. Qızartmalar və fəstfud məhsulları isə mədəyə ağırlıq verir, həzmi çətinləşdirir və yorğunluq hissini artırır.

İmsakda daha çox zülal, lif və kompleks karbohidratlarla zəngin qidaların seçilməsini tövsiyə olunur. Yumurta, süd məhsulları, tam taxıllı çörək, tərəvəz və kifayət qədər su gün boyu toxluq hissini qorumağa kömək edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*