Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd olmaq üçün sənədlərini təqdim edib. Qeyd edək ki, həmin dairədən REAL partiyasının icra katibi Natiq Cəfərli də namizədliyini irəli sürüb.
Natiq Cəfərli mövzu ilə bağlı danışarkən Zahid Orucun bu qərarının onun üçün gözlənilməz olduğunu deyib:
“Zahid Oruc uzun illər öz namizədliyini Bərdədən verib və bir neçə çağırış həmin regiondan deputat seçilib. Görünür, birdən-birə sənədlərini mənim namizəd olduğum dairədən təqdim etməsi parlament seçkilərində məhz mənimlə rəqabət aparmaq istəməsindən xəbər verir. Lap yaxşı! Biz rəqabət mühitində seçki prosesinə qoşulmağa hazırıq”.
KONKRET.az mövzuyla bağlı Zahid Orucla əlaqə saxlayıb. O, bütün namizədlərə hörmətlə yanaşdığını deyib:
“Niyə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd olmağımla bağlı suallara gəlincə, namizədliyimi irəli sürərkən qərarımı əsaslandırmışam. Amma inanın ki, sənədləri rəsmən təqdim edənə qədər həmin dairədən kimlərin namizəd olduğundan məlumatsız idim. Hər zaman ləyaqətli mübarizənin tərəfdarı olmuşuq. Rəqiblərin və alternativlərin kimliyi anlayışı ilə hərəkət etmirik, hər bir seçicinin səsi uğrunda nübarizə aparırıq. Görəcəksiniz ki, Xətai rayonunda hansı yol xəritəsini seçəcəyik və irəliyə sürdüyümüz platforma necə fərqlənəcək”.
Aygün Mirakif
KONKRET.az
Zahid Oruc…yene de “millet” vekili olmaq isteyirsiz, niye?!, 30 il oldunuz, xalq ucun ne etdiniz?!
Heçnə nə edəcəblər.Bizneslərin qurublar..Ancaq yaltaqlıq,məddahlıq ediblər..Əhalinin sosial vəziyyəti heç veclərinə oımayıb.
Zahid qədər yaltaq dəyərsiz birimi tanımadım