TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib.
KONKRET.az bildirir ki, TƏBİB-dən verilən xəbərə görə, bu vəzifəyə İnarə Vaqif qızı Mirhəsənova təyin olunub.
O, yeni təyinatından əvvəl “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.
Bildirilib ki, İnarə Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub.
Qeyd edilib ki, peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb. Karyerasının son 10 ilini PAŞA Qrupunda davam etdirərək Qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.
