İndi növbə farsların, sonra isə TÜRKLƏRİNDİR – QƏRBİN QƏRİBƏ SSENARİSİbackend

İndi növbə farsların, sonra isə TÜRKLƏRİNDİR - QƏRBİN QƏRİBƏ SSENARİSİ

XX əsrdə iki imperiyanın – Osmanlı və Çar Rusiyanın süqutundan sonra hadisələr tam olaraq Qərbin diktəsinə keçib. Hitler Almaniyasını istisna etsək (əslində II Dünya savaşı da müəyyən xəritədəyişmə, kolonizasiyaya xidmət edirdi), 1945-ci ildən sonra Londonun “cəngavərlər masası” dünya ağalığını mərhələlərə bölüb.

KONKRET.az xəbər verir ki, dünya gücləri Avropanı saf-çürük etməyin ardınca monqoloid irqindən olanlara keçdilər. Yaponiyanı atom bombası ilə yatırdandan sonra cənub-şərqi Asiyada Avropa ağalığının qüsursuzluğu yaşandı. 1950-53 tarixində Şimali və Cənubi Koreya, 1955-75 aralığındakı Vyetnam, 1958-ci ildə başlayan Çin-Tayvan konflikti, 1979-da Çin-Vyetnam və s. savaşlar buna təsdiqdir.

Növbəti ardıcıllıq:

– Ərəb;

– Fars;

– Türk;

Qərb ərəblərlə olan bütün problemlərini Səddam və Qəddafi edamları, Hüsnü Mübarəkin devrilməsi ilə həll etdi desək, yanılmarıq. Növbəti hədəf irandilli dövlətlərdir. Belə ki, Əfqanıstanı Taliban idarəçiliyinə verən Qərb puştun və dərilərlə problemini həll edib. Hazırda isə növbə farslarındır. Daha doğrusu, İran hədəfdədir. Və molla rejiminin Bosniya kimi federasiyalara bölünməsi gözlənilir:

1. Azərbaycan;

2. Fars;

Söhbət Rusiyadakı kimi Moskvadan idarə olunan federasiyalardan getmir. Burada Deyton sazişindən sonrakı Bosniya modelinin tətbiqi gözlənilir. Yəni federasiyaların (Bosniya və Herseqovina-Serb Respublikası) ittifaqdan çıxmaq hüququ olmasa da, özünüidarə azadlıqları mövcuddur. (Mötərizəyə alınan Serb Respublikası Serbiya deyil və Bosniyanın tərkibindədir. Əhalisinin çoxu serb olduğu üçün azad federasiyadır)

İranın ən böyük federasiyasının Azərbaycan olacağı gözlənilir. Bu isə o deməkdir ki, ümumi qərarlarda Tehrandan çox, Təbrizin (Ərdəbil) sözü keçərli olacaq. Planın yaxın zamanlarda gerçəkləşəcəyi gözlənilir.

Çünki bu plan həm də böyük güclərin türk etapına keçidi olmalıdır.

Ağ Ev və London türk birliyinin möhkəmlənməsinə nail olmaq istəyir. Buna əngəl olmağa çalışan Fransa çökdürüləcək. Rusiya isə öz çarəsiz taleyi ilə Ukraynada barışıb. Yəni İranın azad federasiyalara bölünməsi Türk Dövlətləri Təşkilatının tarixində ən əlamətdar hadisələrdən biri olacaq.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*