İndoneziyada zəlzələdə ölənlərin sayı 162 nəfərə çatdı – YENİLƏNİBbackend

İndoneziyada zəlzələdə ölənlərin sayı 162 nəfərə çatdı - YENİLƏNİB

İndoneziyada 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, ölənlərin əksəriyyəti uşaqlardır. Daha əvvəl  56 nəfərin öldüyü bildirilirdi .

Zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, mənbə 5 km dərinlikdə baş verib.

İndoneziya Sakit okean hövzəsində qırılma xətləri səbəbindən tez-tez zəlzələlər, vulkan püskürmələri və sunamilərlə qarşılaşır. 2004-cü ildə baş verən güclü zəlzələ və sunami təxminən 230.000 insanın həyatına son qoyub.

12:43

İndoneziyanın Yava adasında zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 20-yə yaxın adam ölüb, 300 nəfər yaralanıb.

Qərbi Yava əyalətinin Çianjur rayonunda hazırda 7 yaşayış binasına, o cümlədən məktəb, xəstəxana və bir neçə inzibati binaya ziyan dəyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*