“Britaniya xüsusi təyinatlıları Ukraynada ruslara hücum edib”.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “The Sun” və “Sunday Mirror” nəşrləri də təsdiqləyib.
Belə ki, Britaniya xüsusi təyinatlılarının Polşa vasitəsilə Ukraynaya köçürülməsi məlum olub. Üstəlik, “The Sun” və “Sunday Mirror”un yazdığına görə, ingilislər Rusiyanın “İlan” adasına hücumda iştirak ediblər:
“Böyük Britaniyanın xüsusi təyinatlı bölmələri Ukraynadakı döyüşlərdə iştirak edir. Söhbət muzdlulardan getmir, bunlar hərbi qulluqçulardır” -“The Sun” və “Sunday Mirror”un həmsöhbətləri məlumatı təsdiqləyiblər. Britaniya xüsusi təyinatlıları Polşa vasitəsilə Ukrayna ərazisinə keçiblər. Məlumata görə, tapşırıqları Hava-Dəniz Xidməti (SAS) və Xüsusi Qüvvələrin Desant Gəmi Xidməti (SBS) yerinə yetirir.
“Onlar “İlan” adasını ələ keçirmək üçün əməliyyata hazırlaşırdılar. Bu Britaniya hərbçiləri 73-cü Dəniz Xüsusi Qüvvələri Mərkəzi ilə əməkdaşlıq edirdilər. Lakin Zmeynoqorsk şəhərini ələ keçirmək tapşırığı aktuallığını itirdikdən sonra ingilislər Ukraynanı tərk etmədilər. Onlar Ukrayna Silahlı Qüvvələrinə yeni texnika və silahlarla rəftarı öyrətməyə davam etdilər. Xüsusilə DSX desant qrupu xüsusi sualtı maşınlardan istifadəyə dair təlimlər keçməyə başladılar” – nəşr yazıb.
“The Sun” nəşrinin yazdığına görə, Ukrayna hərbçiləri Zmeynoqorsk şəhərinə hücumdan əvvəl sualtı maşınlardan istifadə edərək, minaların olub-olmamasını yoxlayıblar. Bundan sonra Britaniya xüsusi təyinatlıları adada yerləşən rus qarnizonuna qarşı hücuma başlayıb. Nəşrin yazdığından ruslara hücum edənlərin Britaniya xüsusi təyinatlıları olduğu aydın görünür.
Müşviq Tofiqoğlu,
KONKRET.az
