İngiltərə kubokunun qaydaları dəyişdibackend

İngiltərə kubokunun qaydaları dəyişdi

Növbəti mövsümdən etibarən İngiltərə kubokunda heç-heçə zamanı əlavə oyun olmayacaq. 

KONKRET.az xəbər verir ki, hazırkı qaydalara əsasən, kubokun 1,2,3 və 4-cü mərhələlərində heç-heçə olarkən daha bir oyun keçirilirdi. 5-ci mərhələdən sonra isə bu qayda 2018-ci ildən yığışdırılmışdı.

Qaydalarda dəyişikliyin əsas səbəbi təqvimin sıxlığıdır. Xüsusilə də avrokuboklarda oyunlara görə komandaların üzərinə əlavə yük düşür.

Daha bir yenilik oyunların keçirilmə vaxtıdır. 5-ci mərhələdən başlayaraq bütün oyunlar həftənin son günlərində oynanılacaq. Kubokun final görüşü isə Premyer Liqanın son turundan əvvəlki bazar günü keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*