İnnovasiyalar Agentliyi  ilə  ABŞ-ın Starta Vençur Kapital Fondu əməkdaşlıq edəcəkbackend

İnnovasiyalar Agentliyi ilə ABŞ-ın Starta Vençur Kapital Fondu əməkdaşlıq edəcək

İnnovasiyalar Agentliyi  ilə  ABŞ-ın Starta Vençur Kapital Fondu əməkdaşlığa başlayır.

Bu barədə KONKRET.az-a məlumat verən investisiya  analitiki  Qüdrət  Quliyev bildirib ki,  yeni əməkdaşlıq platformasının məqsədi yerli innovasiya və startap ekosisteminin potensialının artırılmasıdır.

Məlumat üçün bildirək ki,  Q.Quliyev orta məktəbi Bakıda bitirib. Sonra isə “City University of London”da beynəlxalq siyasi iqtisadiyyat üzrə bakalavr təhsili alıb. Londonda Azərbaycanla bağlı tədbirlərdə fəal iştirak edib. Sonra Bakıya qayıdıb və Maliyyə Nazirliyində işə başlayib. Bir il orada işlədikdən sonra  “EY” konsaltinq firmasında işə başlayıb. Bir müddət sonra maliyyə üzrə magistr təhsili almağa qərar verib. Beləliklə Nyu-Yorkdakı “Fordham University” da maliyyə ixtisası üzrə magistr təhsili alıb. Eyni zamanda, ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun işində fəal iştirak edib. Hazırda “Accelarator” proqramı üçün startapları qiymətləndirir və təhlil edir. Əlavə olaraq, əgər startapa Starta şirkəti yatırım edirsə, o zaman investisiya memorandumu hazırlayır ki, investorlar startapla tanış olsunlar. Bundan əlavə, müxtəlif ölkələrdə investor şəbəkəsini genişləndirmək üzərində işləyir.

Q. Quliyevin sözlərinə görə  Rəqəmsal  İnkişaf və Nəqliyyat  Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi ilə ABŞ-ın Starta Vençur Kapital Fondu arasında innovasiyalar və yüksək texnologiyalar sahəsində Anlaşma Memorandumu imzalanıb. Yeni əməkdaşlıq formatı startap, tələbə və vençur investorlar üçün təlim və akselerasiya proqramların həyata keçirilməsi, layihələrin kommersiyalaşdırılmasını və birgə fondun yaradılmasını təmin edəcək. Bu memorandumun imzalanmasında Q.Quliyevin böyük əməyi var. Əlavə olaraq, Q. Quliyev öz şirkətində yeganə azərbaycanlı olduğu üçün doğma ölkəsində startap ekosisteminin inkişafında kömək etməkdə çox maraqlıdır. Bildirdi ki, Anlaşma Memorandumunu İnnovasiyalar Agentliyi İdarə Heyətinin sədri Tural Kərimli və Starta Kapital Vençur Fondunun direktoru Gabriel Arant imzalayıblar.

Qüdrət Quliyev  imzalanma  mərasimində   çıxış edən Tural Kərimlinin  fikirlərini də   diqqətə çatdırdı.  T. Kərimli  deyib ki, Starta Vençur Kapital Fondu ilə əməkdaşlığı Azərbaycan innovasiya ekosisteminin inkişafı üçün olduqca önəmli mərhələ hesab edirəm. 2022-ci ildən etibarən birgə layihə çərçivəsində Azərbaycan startapları Startanın “Accelarator” proqramında iştirak etmək üçün Nyu-York qərargahına dəvət olunacaqlar. Starta, eyni zamanda, potensial layihələrə ilkin investisiya yatırmaqla yanaşı,  Azərbaycan startaplarına Amerika bazarında digər investorlar və müştərilər tapmaqda yaxından kömək göstərəcəkdir.

M.MÜKƏRRƏMOĞLU,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*