İnsan alveri ilə bağlı elektron vəsait hazırlanırbackend

İnsan alveri ilə bağlı elektron vəsait hazırlanır

Bu günlərdə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirilən müsabiqə nəticəsində “İnsan alveri (beynəlxalq və milli hüquq normaları kontekstində)” adlı elektron kitab hazırlanır.

AİM-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, layihənin əsas məqsədi ölkəmizdə insan alveri cinayətinin qarşısının alınması üzrə preventiv vasitə kimi e-vəsaitin dərc olunması ilə milli və beynəlxalq hüquqi normalar barədə e-məlumatlandırma tədbirlərinin görülməsidir.

Bununla əlaqədar AİM-in ekspertləri və hüquqşünas alimlər tərəfindən insan alveri ilə mübarizə üzrə elmi-praktiki araşdırmalar həyata keçirilir, ingilis və rus dillərindən tərcümələr edilir, xarici ölkələrin, o cümlədən ABŞ, Fransa, İtaliya,  Almaniya və Türkiyədə insan alveri ilə mübarizənin hüquqi xüsusiyyətləri, habelə Çin, Yaponiya və digər Şərq ölkələrinin qanunvericilik normalarının müqayisəli təhlili aparılır.

Hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidlinin müəllifi olduğu e-vəsaitin bu ilin oktyabr ayında istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulur.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*