Qazaxıstanın Janaozen şəhərində meydana etiraz məqsədilə 500 nəfərə yaxın adam çıxıb. Konkret.az Qazaxıstanın yerli mediasına istinadla xəbər verir k, narazı sakinlər Mangistau vilayətinin hakimi Serikbay Trumovla görüşüblər. S.Trumov onların tələblərini dinləyib, ardından sakinləri narahat edən məsələlərə dair fərdi qəbula dəvət edib. Yerli sakinlər işsizlikdən əziyyət çəkdiklərini üçün yeni iş yerləri tələbi ilə şəhər administrasiyasının binası yaxınlığında aksiya keçirib. Onların sözlərinə görə, şəhərdə yerli əhali üçün iş yerləri yoxdur. Bundan əlavə, əhali Çin şirkətlərinin fəaliyyətinə ciddi etiraz ediblər.