“Intel” şirkətinin həmtəsisçisi VƏFAT ETDİ – FOTObackend

Intel” şirkətinin həmtəsisçisi VƏFAT ETDİ - FOTO

Amerikanın “Intel” şirkətinin yaradıcılarından biri Qordon Mur 94 yaşında vəfat edib.

KONKRET.az Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə mikroprosessorların aparıcı təchizatçısı olan şirkətin saytında məlumat verilib.

Bildirilib ki, Qordon Mur martın 24-də Havaydakı evində dünyasını dəyişib.

“Mənim karyeram və həyatımın çox hissəsi Qordonun “Intel”ə gətirdiyi imkanlarla formalaşıb”, – şirkətin CEO-su Pat Gelsinger deyib.

Qeyd edək ki, “Intel” 1968-ci ildə mühəndislər Qordon Mur və Robert Noys tərəfindən yaradılıb. Mur 1968-2006-cı illərdə bu şirkətdə çalışıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*