İnternetdə icra başçısının jurnalistləri hədələdiyi səs yazısı yayıldı – AUDİObackend

İnternetdə icra başçısının jurnalistləri hədələdiyi səs yazısı yayıldı - AUDİO

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Daşkənd meri Cahangir Artıxocayevin jurnalistləri təhdid etdiyi səs yazısı sosial şəbəkələrdə yayılıb. Səs yazısında icra başçısı jurnalistləri “əclaflar”, “bədbəxtlər” və “mavilər, xoruzlar” adlandırır.

“Mənim zavodlarım haqqında yazırlar, məni inhisarçı adlandırırlar. Ancaq 10 min dollar versəm, məni tərifləməyə başlayacaqlar! Onlar kimlərdir?! Axırıncı varlıqdırlar, əclafdırlar! Adamın yox, itin övladlarıdır! Prinsipsiz bədbəxt miskinlər, mavilər, xoruzlar – indi bildin onlar kimlərdir?

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Elə edə bilərəm ki, məhəllədə sizi qəbul etməzlər, qonşularınız sizə salam verməkdən utanarlar, elə edə bilərəm ki, valideynlərinizi hər yerdə lağa qoyarlar! Altı saniyədə bunları edə bilərəm! Buna şübhə edirsən?! Sizi asanlıqla gey edə bilərəm. Bu çox asandır! Bizdə axı söz azadlığı var! Səni geyin yanında taksiyə otuzdurub şəklini çəkdirəcəm. Bi bəsdir ki, səni hamı gey kimi tanısın! Sən geysən! Prezident bunu bəyənəcək və ya bəyənməyəcək – mənə dəxli yoxdur!

Evdən izsiz yoxa çıxa bilərsən və heç kim səni axtarmaz! Bir nəfər də səni axtarmaz! Hansısa çayda, dənizdə, göldə boğulub batdığını yaza bilərlər. İndi həyat belədir. Ona görə də bizimlə işləmək və kömək etmək lazımdır”, – deyə Artıxocayev “jurnalistlərə tərbiyə saatı” keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*