İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı, SAXLANILDI – YENİLƏNİBbackend

İntim videosu yayılan polkovnikin rütbəsi geri alındı, SAXLANILDI - YENİLƏNİB

İntim görüntüləri yayılan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə gün əvvəl vəzifəsindən azad olunub.

KONKRET.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə dövlət qurumunda etik davranış qaydalarını və prinsiplərini kobud şəkildə pozduğu üçün Zaur Mirzəyevə verilən polkovnik rütbəsi geri alınıb, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdimat verilib.

Artıq Zaur Mirzəyevin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı deyilir.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, baş verən hadisə ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Baş Prokurorluq bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır.

***

10:17

FHN-nin Yanğından Mühafizə Xidmətinin rəisinin köməkçisi Zaur Mirzəyevin sosial şəbəkələrdə yayılan əxlaqsız görüntüləri gündəmi zəbt edib.

KONKRET.az xəbər verir ki, dövlətin böyük bir nazirliyinin mühüm qurumlarından birində belə bir hadisənin baş verməsi cəmiyyətdə müəyyən suallar doğurub və həmin suallar ətrafında müzakirələr gedir.

Belə bir müzakirə LAF TV internet televiziyasında aparılıb. Aparıcı Ləman Ələşrəfqızının qonağı olan jurnalist Heydər Oğuz maraqlı açıqlamalar verib.

Onun bildirdiyinə görə, Zaur Mirzəyev artıq həbs edilib. Lakin H.Oğuz polkovniki hansı orqanın həbs etdiyi barədə heç nə deməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*