iPhone 17 Pro haqqında ilk detallar yayımlanıb.
KONKRET.az xəbər verir ki, məşhur texnoloji insayder Majin Bu, iPhone 17 Pro modelinin mümkün dizaynını əks etdirən fotoları öz sosial media hesabında paylaşıb.
Bundan əlavə, Apple bu ilin payızında iPhone 17 Air (Slim) modelini təqdim etməyə hazırlaşır. Bu yeni cihaz rekord dərəcədə incə korpusa malik olacaq və əvvəlki Plus seriyasını əvəz edəcək.
Şayiələrə əsasən, iPhone 17 modelləri güclü Apple A19 Pro prosessoru ilə təchiz olunacaq. Pro modelləri isə ilk dəfə 12 GB operativ yaddaşa sahib olmaqla bazarda üstünlük qazanmağa çalışacaq.