“iPhone” satışı qadağan olundubackend

"iPhone" satışı qadağan olundu

İndoneziyada “iPhone” satışına qadağa qoyulub.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb şirkətin yerli qanunvericiliyə əməl etməməsidir.

Qanuna görə, xarici şirkət öz məhsullarında İndoneziyada istehsal olunan komponentlərin ən azı 40 faizindən istifadə etməlidir.

Oktyabrın əvvəlində İndoneziya rəsmiləri bildirmişdilər ki, “Apple” Asiya ölkəsinin iqtisadiyyatına 1,5 trilyon rupi sərmayə qoyub ki, bu da tələb olunan 1,7 trilyon rupidən aşağıdır. “iPhone 16″nın satışı dayandırılıb, lakin şirkət yerli bazara köhnə smartfon modellərini təqdim etməyə davam edə bilər.

Məlik,
KONKRER.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*