İranın Azərbaycanla nə problemi var? Tehranın atdığı addımlar bu haqda düşünməyə və suala cavab axtarmağa vadar edir. Axı özünü İslam dövləti adlandıran bir ölkənin müsəlman və qonşu Azərbaycanla maraqları niyə toqquşmalıdır? Hansı səbəblərdən fars rejimi xristian Ermənistanın təəssübünü çəkərək rəsmi Bakı ilə gərginliyə gətirib çıxaracaq addımlar atır? Bütün bu suallara misirli jurnalist özünəməxsus şəkildə cavab verib.
“İran Azərbaycanı məhv etmək üçün Rusiya və Ermənistanla ittifaq yaratmağa hazırdır”.
KONKRET.az xəbər verir ki, bu fikiri misirli jurnalist səsləndirib. O İranın Azərbaycanla iki probleminin olduğunu dilə gətirib: “Birincisi, coğrafi məsələdir. İran Azərbaycan torpaqlarının öz torpağı olduğuna inanır. Bu səbəbdən də Azərbaycanı işğal etmək istəyir. İran hətta Azərbaycanı xəritədən silmək üçün Rusiya və Ermənistanla ittifaqa da girməyə hazırdır. İranın İslam Respublikası olmadığını görürük, amma bu, başqa mövzudur. İranın Azərbaycanla ikinci problemi isə fars-molla rejiminin bütün Azərbaycan xalqını “kafir” kimi görməsidir. İrana görə, müsəlman olmaq üçün iki şərt yerinə yetirilməlidir. Öncə “şiə” olmaq lazımdır. Azərbaycan xalqının böyük əksəriyyəti onsuz da şiədir. İran hətta bütün dünyadakı müsəlmanları “kafir” adlandırır. Yəni Xamenei və İran mollaları İndoneziyadan Türkiyəyə, Misirdən Sudana, Somalidən Qərbə və Nigeriyaya qədər olan bütün müsəlmanları “kafir” sayır və onların öldürülməsinin vacibliyini vurğulayır. Hətta zamanı gəlincə, onları öldürəcəyini də bəyan edir. Məhz buna görə də İraq, Suriya, Yəmən və Livandakı qətliamlar törədilir. İndi də Nigeriyada qətliamlara start verilib. İran milislərindən ibarət silahlı dəstələr Nigeriya ordusuna qarşı döyüşür”.
Misirli jurnalist əlavə edib ki, İran müsəlmanları “kafir” hesab edir. Onların müsəlman hesab edilmələri üçün birinci şiə olmaları, ikincisi, İmam Mehdiyə (ə.f) inanmaları gərəkdiyini açıqlayır. İran inancına görə, şiə məzhəbindən olan Mehdi 1200 il öncə dünyaya gəlmiş, yerin altına enmiş və hansısa bir yerdə gizlənmiş şəxsdir. Hara getdiyini heç kim bilmir. Amma o canlı insandır və hamımız ona beyət etməliyik. İran əfsanələrinə görə, Mehdi Peyğəmbər nəslindəndir”, – deyə misirli jurnalist fikirlərini tamamlayır.
Müşviq Tofiqoğlu,
KONKRET.az