“İran bir neçə nüvə bombası yarada bilər” – MAQATE HƏYƏCAN TƏBİLİ ÇALDIbackend

"İran bir neçə nüvə bombası yarada bilər" - MAQATE HƏYƏCAN TƏBİLİ ÇALDI

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATEbaş direktoru Rafael Mariano Qrossi rəhbərlik etdiyi qurumun iki ilə yaxındır İranın nüvə proqramının icrasına nəzarət edə bilməməsindən təəssüfləndiyini bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın bir neçə nüvə bombası yaratmaq üçün kifayət qədər materialı var.

“İranın bu gün bir neçə bomba istehsal etmək üçün kifayət qədər nüvə materialı var. Bu, onların bomba hazırladıqları anlamına gəlmir, lakin bunun üçün tam şəffaflıq lazımdır. Təəssüf ki, 2021-ci il fevralın 23-dən etibarən İran öz öhdəliklərinə əməl etmir. İki ilə yaxındır ki, MAQATE uranın zənginləşdirilməsi işlərini yoxlaya və monitorinq edə bilmir. Biz noyabrın sonunda üç obyekti yoxlamaq üçün səfər etməyi planlaşdırırdıq, lakin Tehran missiyanı dayandırdı”, – deyə Qrossi bildirib.

Qeyd edək ki, İran Qum şəhəri yaxınlığında yerləşən Fordo nüvə obyektində uranı 60%-ə qədər zənginləşdirməyə start verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*