backend

İran BMT-yə XƏBƏRDARLIQ ETDİ: "İstənilən hərbi əməliyyata müharibə elanı kimi baxacağıq"

İran BMT-yə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bunu İsfahan şəhərində hərbi obyektə hücumdan sonra İranın BMT-dəki daimi nümayəndəliyi bildirib.

O bildirib ki, Tehran ABŞ-ın İslam Respublikasına qarşı istənilən hərbi əməliyyatına müharibə elanı kimi baxacaq.

“ABŞ-ın İrana qarşı istənilən hərbi əməliyyatı bütün Yaxın Şərq regionu üçün nəticələri olan genişmiqyaslı münaqişəyə gətirib çıxaracaq.

İran baxımından istənilən səviyyədə hərbi variant seçmək ABŞ-ın müharibəyə girməsi deməkdir”, – deyə İranın BMT-dəki daimi nümayəndəlisi vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*