İran bu ölkələrə XƏBƏRDARLIQ ETDİ: “Səbrimiz tükənir”backend

İran bu ölkələrə XƏBƏRDARLIQ ETDİ: "Səbrimiz tükənir"

İran ABŞ, Böyük Britaniya, İsrail və Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb. İranın kəşfiyyat rəhbəri İsmail Xətib xəbərdarlığında deyib ki, Tehranın davamlı səbrinə zəmanət yoxdur.

“ABŞ, Böyük Britaniya, İsrail rejimi və Səudiyyə Ərəbistanı İranın bir sıra şəhərlərində baş verən son iğtişaşlarda açıq-aşkar rol oynayıb.

Son hadisələrdə sionist rejimin əli onun həyata keçirilməsində daha aydın görünür. Təbliğatda Britaniyanın, maliyyələşmədə isə Səudiyyə rejiminin əli var.

Səbrimiz tükənir. İran qarşılıq vermək qərarına gəlsə, bu ölkələr sabitlik görməyəcək”, – deyə Xətib bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*