İran bu ölkəyə viza verməyi dayandırdı – Səbəbi?backend

İran bu ölkəyə viza verməyi dayandırdı - Səbəbi?

İranın Bağdaddakı səfirliyi müvəqqəti olaraq İraq vətəndaşlarına viza verilməsini dayandırıb.

KONKRET.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Bağdaddakı səfirliyindən məlumat verilib.

“İraqın bütün vətəndaşları oktyabrın 24-dən dekabrın 27-dək İranın bu ölkədəki nümayəndəliklərinin vizasını almadan səfər edə bilər”, – deyə səfirlik qeyd edib.

İraq vətəndaşlarının İrana səfər etməsi üçün viza verilməsinin dayandırılmasına səbəb olaraq Bağdad və bir neçə şəhərdə keçirilən etiraz aksiyası göstərilib.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyası keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*