İran general Süleymaninin ölümünü təsdiq etdibackend

İran general Süleymaninin ölümünü təsdiq etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin ölümünü təsdiq edib.

KONKRET.AZ “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə İranın “IRINN” dövlət telekanalı məlumat verib.

Xatırladaq ki, İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub. 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.

“Al Arabiya”, “Al Jazeera” və “Sky News” telekanallarının məlumatına əsasən, ölənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani də olub.

“Reuters” agentliyinin amerikalı rəsmilərə istinadən verdiyi məlumata əsasən, ABŞ Bağdadın hava limanına endirilən zərbələrə görə məsuliyyəti öz üzərinə götürüb. Bildirilir ki, ABŞ Bağdadda “İranla əlaqəli iki hədəfə” zərbələr endirdiyini təsdiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*