İran hazırlıqlara başladı – Nüvə təhlükəsinə qarşı vətəndaşları…backend

İran hazırlıqlara başladı - Nüvə təhlükəsinə qarşı vətəndaşları...

İran dövlət mediası ölkə ərazisinə nüvə zərbəsi endiriləcəyi təqdirdə əhalinin necə davranmalı olduğuna dair təlimat yayımlayıb.

KONKRET.az infoaz.media-ya istinadən xəbər verir ki, Səkkiz dəqiqəlik maarifləndirici videoda nüvə partlayışı zamanı parlaq işığa baxmamaq, zərbə dalğasından qorunmaq üçün yerə uzanaraq başı və üzü örtmək tövsiyə olunur.

Təlimatda həmçinin partlayışdan sonra ən yaxın binaya daxil olmaq, pəncərələrdən və xarici divarlardan uzaq durmaq, radioaktiv çirklənmə ehtimalına qarşı duş qəbul etmək və üst geyimlərini çıxarmaq tövsiyə edilir.

Vətəndaşlara ən azı 24 saat sığınacaqda qalmaq, qablaşdırılmış qidalardan və butulkada olan sudan istifadə etmək tövsiyə olunub. 24 saat keçdikdən sonra belə ərazinin təhlükəsiz olduğunu düşünməmək və rəsmi açıqlamaları gözləmək tapşırılıb.

Bu təlimat ABŞ-nin İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı amerikalı şərhçi Taker Karlsonun iddialarının yayıldığı vaxta təsadüf edib. Karlson Vaşinqtonun yaxın günlərdə İranın mərkəzində yerləşən Pikaks dağına zərbə endirə biləcəyini iddia edib.

Ağ Ev rəsmisi Karlsonun ABŞ-ın hərbi planları barədə məlumatlı olmadığını bildirib. İsrailin BMT-dəki səfiri Denni Danon isə nüvə zərbəsi ilə bağlı müzakirələri əsassız adlandırıb.

Qeyd edək ki, İranın təlimatı konkret nüvə təhlükəsi ilə əlaqələndirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*