Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini – 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.
Faktla bağlı araşdırma aparılır.
