Qırğızıstan və Tacikistan sərhədində güclü zəlzələ oldubackend

Qırğızıstan və Tacikistan sərhədində güclü zəlzələ oldu

Qırğızıstan və Tacikistan sərhədində 5,5 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Qırğızıstan Seysmologiya İnstitutu məlumat yayıb.

Zəlzələnin episentri ölkənin cənubunda, sərhədyanı rayonda yerləşib.

Bildirilib ki, saat 03:44-də (Bakı vaxtı ilə 01:44-də) Qırğızıstan ərazisində 3,5 maqnitudalı daha bir zəlzələ qeydə alınıb, saat 04:50-də (Bakı vaxtı ilə 02:50-də) isə Tacikistanla sərhəddə 4,5 maqnitudalı zəlzələ olub, episentri Oşdan 127 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar Özbəkistan ərazisində də hiss olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*