Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı İmanova Mələk Zakir qızı tapılıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat verib.
Xatırladaq ki, Mələk İmanova noyabrın 2-də saat 19:30 radələrində Xırdalan şəhərində yerləşən Kristal-1 yaşayış kompleksindən itkin düşmüşdü.
