İran Hörmüz boğazı ilə bağlı planı təsdiqlədi – İki ölkəyə pis xəbərbackend

İran Hörmüz boğazı ilə bağlı planı təsdiqlədi – İki ölkəyə pis xəbər

İran Hörmüz boğazına nəzarəti sərtləşdirməyi planlaşdırır. 

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, İran parlamentinin milli təhlükəsizlik komissiyası Tehranın Hörmüz boğazına nəzarəti necə həyata keçirəcəyini izah edən planı təsdiqləyib:

Məlumata görə, sənəddə gəmilər üçün buraxılış rüsumlarının tətbiqi, İsrail və ABŞ-a məxsus gəmilərin keçidinin tam qadağan olunması kimi bir sıra tədbirlər nəzərdə tutulur.

Həmçinin İrana qarşı beynəlxalq sanksiyalarda iştirak edən ölkələrin gəmilərinə məhdudiyyətlərin tətbiqinin planlaşdırıldığı bildirilir.

Tehran bu addımı öz “suveren hüququnun” həyata keçirilməsi kimi qiymətləndirir. Eyni zamanda, boğazın hüquqi rejiminin müəyyənləşdirilməsi üçün Omanla əməkdaşlıq da nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*