İran “İsrailə ölüm” şüarı ilə ballistik raket təqdim edib.
KONKRET.az xəbər verir ki, İranın İsfahan şəhərində İslam İnqilabı Ordusunun silah sərgisi keçirlir. Silah sərgisinin eksponatlarından biri də ivrit dilində “İsrailə ölüm” yazısı olan yer-yer raketidir.
Yazıda bəzi orfoqrafik səhvlər var, lakin mesajın mənası və ünvanı aydındır.
Bundan əlavə sərginin giriş qarşısında yerə İsrail bayrağı atılıb ki, ziyarətçilər ayaqlarını silsinlər. Bayraqda da eyni yazı var: “İsrailə ölüm”.
Xuraman Etibarlı,
KONKRET.az
