İran nüvə sazişi ilə bağlı danışıqları bərpa etmək üçün ŞƏRTİNİ AÇIQLADIbackend

İran nüvə sazişi ilə bağlı danışıqları bərpa etmək üçün ŞƏRTİNİ AÇIQLADI

“İran Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə hazırdır. Ancaq ABŞ sözügedən sazişin bütün iqtisadi müddəalarının həyata keçirilməsi üçün təminat verdikdə bu addım atıla bilər”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Nüvə Silahının Yayılmaması Müqaviləsinin iştirakçısı olan ölkələrin konfransındakı çıxışında İran rəsmisi deyib:

“2021-ci ilin aprelindən İran JCPOA-nın bütün tərəfləri ilə onun tam yenilənməsi üçün danışıqlar aparır. ABŞ-ın hələ də sazişdə nəzərdə tutulan iqtisadi faydalarla bağlı İrana zəmanət vermək qərarına gəlməməsi bu danışıqları ləngidir. ABŞ düzgün qərar verdikdə İran da öz növbəsində JCPOA-ya uyğun olaraq nüvə öhdəliklərinə tam əməl edəcək” – deyə İran rəsmisi fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*