İran Pakistanı HƏDƏLƏDİbackend

İran Pakistanı HƏDƏLƏDİ

İran Pakistanı hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, İran hakimiyyəti qonşu ölkələri birləşdirən “Mir” qaz kəmərinin ona düşən hissəsinin tikintisini gecikdirdiyinə görə Pakistana qarşı beynəlxalq məhkəməyə 18 milyard dollarlıq iddia qaldırmağa hazırdır.

Tehran yanvar ayında İslamabada ultimatum verib ki, qaz kəmərinin Pakistan hissəsi 2024-cü ilin fevral-mart aylarına qədər tikilməsə, iddia dərhal məhkəmələrə veriləcək.

Pakistan hökuməti daha əvvəl İranı ABŞ-ın təzyiqi və anti-İran beynəlxalq sanksiyaları səbəbindən layihəni davam etdirə bilməyəcəyi barədə məlumatlandırmışdı. Lakin buna baxmayaraq, öz hissəsini tukməyi öhdəsinə götürüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*