İran PARÇALANACAQ? – “İslam Respublikasındakı rejim CAN VERİR”backend

İran PARÇALANACAQ? - "İslam Respublikasındakı rejim CAN VERİR"

İrandakı iğtişaşlar islam respublikasının parçalanması ilə yekunlaşa bilərmi? Yoxsa, bu onillik üçün yalnız quruluş dəyişəcək? Yəni, əhali İslam qadağaları ilə çərçivələnməyəcək.

KONKRET.az mütəmadi olaraq İrandakı vəziyyətlə bağlı xəbərlər paylaşır. Qonşu ölkədəki stabillik nizamlanmaq istəyənə oxşamır. Yuxarıda qeyd olunan suala cavab verən sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, hazırda İrandakı mübarizənin əsas istiqaməti mövcud teokratik rejimin dəyişilməsi, onun dünyəvi, mümkün qədər demokratik dövlətə çevrilməsindədir:

“Bir sıra ölkələr, xüsusilə Amerika İranın parçalanmasını, milli əlamətlər üzrə yenidən bölünməsini istəmir. Və onun unitar quruluşunun qorunub saxlanmasına tərəfdar çıxır. Amma, eyni zamanda indiki rejimi özünün əsas düşməni elan edir. Bu rejimin siyasi səhnədən uzaqlaşdırılması və onun dünyəvi, demokratik quruluşla əvəzlənməsi Vaşinqtonun əsas hədəflərindəndir”.

Politoloq əlavə edib ki, İrandakı xalq hərəkatı İrandakı rejimi ciddi surətdə laxladır. Amerika kimi ölkələrin müəyyən dəstəyi olsa, bu rejimi tarix səhnəsindən uzaqlaşdırmaq mümkündür:

“Hələ ki, bu dəstəyin geniş ifadədisini görə bilmirik. Hər şey quru sözlərlə məhdudlaşır. Ona görə də rejimə qarşı mübarizə uzanır. Hər halda belə görünür ki, rejim aqoniya (canvermə) içərisindədir, çürüməkdədir. Gec-tez hakimiyyətdən salınacaq və yerində daha mütərəqqi bir rejim bərqərar olacaq”.

Qabil Hüseynlinin fikrinə əlavə olaraq bildirək ki, sözügedən rejimin demokratik hökumətlə əvəzlənməsi İrandakı 30-40 milyon azərbaycanlını ən azından muxtariyyət hüququ ilə təmin edə bilər.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*