İran Prezidenti Urmiya gölünün bərpa olunacağını vəd etdibackend

İran Prezidenti Urmiya gölünün bərpa olunacağını vəd etdi

“Urmiya gölü məsələsi sadəcə Urmiya şəhəri və Qərbi Azərbaycan üçün yox, bölgə və ölkə üçün çox əhəmiyyətlidir”.

KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Qərbi Azərbaycan əyalətinə səfəri çərçivəsində Urmiya şəhərində keçirilmiş tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, səfərinin əsas məqsədlərindən biri bu problemin aradan qaldırılmasıdır.

İran Prezidenti Urmiya gölünün qurumasının bölgədə etirazlara səbəb olduğunu da diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*