“İran Rusiyaya müharibədə kömək etdiyinə görə CƏZALANMALIDIR” – Zelenskibackend

"İran Rusiyaya müharibədə kömək etdiyinə görə CƏZALANMALIDIR" - Zelenski

Ruslar Ukrayna şəhərlərinə yeni kütləvi zərbələr endirmək üçün güc toplayır.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenskinin noyabrın 6-da axşam müraciətində deyib. O bildirib ki, Rusiya bunun üçün İrandan ballistik raketlər sifariş edib.

Zelenski aydınlaşdırıb ki, söhbət ilk növbədə enerji infrastrukturuna zərbələrdən gedir.

“Terror dövləti infrastrukturumuza kütləvi zərbələrin mümkün təkrarlanması üçün qüvvə və vasitələri cəmləşdirir. İlk növbədə enerji sahəsinə. Bunun üçün Rusiyaya İran raketləri lazımdır. Biz cavab verməyə hazırlaşırıq”, – Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə İranın Kremlin silahlı təcavüzündə iştirakına görə məsuliyyəti barədə danışıb.

“İran rejimi cəzalandırılmalıdır. Və biz bu məsələni təkcə ənənəvi tərəfdaşlarımız səviyyəsində qaldırmayacağıq. Bütün dünya biləcək ki, İran rejimi Rusiyaya bu müharibəni davam etdirməkdə kömək edir. Rusiyaya bu müharibəni davam etdirməyə kömək edən hər kəs onunla və bu müharibənin nəticələrinə görə cavab verməlidir”, – deyə Zelenski vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*