İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin saytındakı “Siyasət” bölümündə yerləşən “İİR-nın Qarabağ münaqişəsi barədə rəsmi mövqeyi” səhifəsi işləmədiyi üçün Konkret.az səfirliklə əlaqə saxlayıb.
Səfirliyin mətbuat xidmətinin rəhbəri Seyidəli Musəvi səhifənin niyə işləmədiyini izah edə bilməsə də, problemin elə bu gün də aradan qaldırılacağını bildirib. Onun sözlərinə görə, İran İslam Respublikası Qarabağ münaqişəsi barədə öz rəsmi mövqeyini dəfələrlə ifadə edib.
“Bizim rəsmi mövqeyimiz məlumdur. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq”.
Konkret.az


