İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdırbackend

İran Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirməyə hazırdır

Tehran nəticə əldə olunana qədər Ər-Riyadla danışıqlar prosesini davam etdirməyə hazırdır.

KONKRET.az-ın məlumatına görə, bunu İran Prezidenti İbrahim Rəisi İraqın baş naziri Mustafa əl-Kazımi ilə telefon danışığı zamanı deyib.

“İran nəticə əldə olunana qədər Səudiyyə Ərəbistanı ilə danışıqları davam etdirmək niyyətindədir, lakin Səudiyyə Ərəbistanı buna qarşılıqlı anlaşma və hörmət mühitində hazır olmalıdır”, – deyə İran Prezidenti bildirib.

Onun sözlərinə görə, xarici qüvvələr müdaxilə etməsə, regionun bütün problemləri həll etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*