İran Süleymaninin qətlinə görə daha 51 amerikalıya sanksiya tətbiq etdibackend

İran Süleymaninin qətlinə görə daha 51 amerikalıya sanksiya tətbiq etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds Xüsusi Qüvvələrinin (SEPAH) komandiri, general Qasım Süleymaninin qətli ilə əlaqədar sanksiya tətbiq edilən ABŞ vətəndaşlarının siyahısına 51 rəsmi əlavə edib.

KONKRET.az xəbər verir ki, bu barədə şənbə günü İranın Mehr agentliyi ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Sanksiya siyahısına, ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri general Pol Nakasone, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert Obrayen əlavə edilib.

Qeyd edək ki, bundan əvvəl siyahıda ABŞ-ın keçmiş Prezidenti Donald Tramp, keçmiş dövlət katibi Mayk Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel və digər yüksək rütbəli amerikalı məmurlar olub.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində general Qasım Süleymani öldürülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*