Kanada Baş naziri Justin Trudeau deyib ki, əldə edilən dəlillər Tehranda düşən təyyarənin İran tərəfindən səhvən vurulduğunu göstərir.

Paytaxt Ottawa-da keçirilən mətbuat konfransında danışan Trudeau bildirib: “Əlimizdə müttəfiqlərimiz və öz qaynaqlarımız da daxil olmaqla bir neçə mənbədən olan kəşfiyyat məlumatı var. Dəlillər təyyarənin İrana aid bir raket tərəfindən vurulduğunu göstərir. Bu, səhvən ola bilər. Eldə etdiyimiz bu yeni məlumat məsələ ilə əlaqəli çox dəqiq araşdırma aparılmasının vacibliyini diqqətə çatdırır”.
Trudeau 176 nəfərin öldüyü təyyarə qəzasıyla əlaqədar olaraq geniş araşdırma aparılmasına çağrış edib. O bu məsələ ilə bağlı suallarının olduğunu və onlara cavab tapılmayana qədər sakit olmayacağını bildirib. İngiltərə də “təyyarənin raketlə vurulması ehtimalı” səbəbiylə İrana səyahət edəcək vətənadaşlarına xəbərdarlıq edib.
Britaniya baş naziri Boris Jonson da oxşar açıqlama verib.
“Əldə olunan məlumatlara görə, təyyarə İran tərəfindən “yer-hava” tipli raketlə vurulub. Bu, böyük ehtimalla qəsdən olmayıb”, Boris Jonson deyib.
Ukrayna Hava Yollarına aid Boeing 737-800 tipli təyyarə cümə axşamı günü səhər saatlarında Tehrandan Kiyevə getmək üçün hava limanından qalxdıqdan bir neçə dəqiqə sonar qəzaya uğrayıb. Qəzada təyyarədə olan bütün sərnişinlər və heyyət üzvləri həlak olublar, onlardan 82-si İran, 63-ü Kanada 11-i Ukrayna vətəndaşı olub.
Bu açıqlamadan az müddət əvvəl CBS News kanalı, ABŞ kəşfiyyat mənbələrinin peyk tərəfindən iki raketin atıldığına dair və dərhal sonar bir partlayışın olduğuna dair “siqnal” aldıqlarını bildirib.
ABŞ prezidenti Donald Trump da məsələ ilə bağlı şübhələrin olduğunu və təyyarənin səhvən vurula biləcəyini söyləyib.
Reuters xəbər agentliyi də üç ABŞ rəsmisinə istinadən verdiyi xəbərində ABŞ hökümətinin İran tərəfindən təyyarənin səhvən vurduğunu düşündüyünə inandığını yayınlayıb.
İran tərəfi raketlə vurulma iddialarını “psixoloji müharibənin bir məhsulu” adlandırıb və təkzib edib.
İran Mülki Aviasiya idarəsinin rəhbəri Ali Abedzhadeh İranın raketlə vurma iddialarını məntiqsiz haesab edib.
“Elmi cəhətdən bir raketin Ukrayna təyyarəsini vurub salması mümkünsüzdür və bu iddialar məntiqsizdir”, Ali Abedzhadeh deyib.
Ukrayna daha öncə demişdi ki, təyyarənin raket hücumundan düşməsi ehtimalını araşdırır, ancaq İran bu versiyanı rədd etmişdi.
Təyyarə qəzası barədə xəbər İranın İraqda ABŞ hərbi bazalarına raket hücumu etməsindən bir neçə saat sonra verilib.
Aeroporta qayıtmaq cəhdi
İranda qəzaya uğramış Ukraynanın Boeing-737 təyyarəsi qəzadan əvvəl aeroporta qayıtmağa cəhd edib, hadisəni araşdıran iranlı rəsmilər bildirir.
Göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb.
İlkin araşdırmaya görə, aeroport zonasını tərk edərkən problem yaranan təyyarədə “yanğın olub”.
Qəza, İranın ABŞ qüvvələrinin yerləşdiyi iki hava bazasına raket zərbələri endirdikdən bir neçə saat sonra baş verib. Hərçənd ki, iki hadisənin əlaqəli olması barədə dəlil yoxdur.
Cümə axşamı, Ukrayna təhlükəsizlik şurasının katibi Oleksiy Danylov deyib ki, mütəxəssislər qəza yerində mümkün raket qalıqlarını axtarmaq istəyirlər.
