“İrəvan və Tehranın birgə hərbi təlimi Azərbaycanın Qərbi Zəngəzurda irəliləməsinə mane ola bilməz” – ƏTRAFLIbackend

“İrəvan və Tehranın birgə hərbi təlimi Azərbaycanın Qərbi Zəngəzurda irəliləməsinə mane ola bilməz” - ƏTRAFLI

Ermənistanın sabiq prezidenti Robert Koçaryan rəsmi İrəvanın İranla birgə Qərbi Zəngəzurda hərbi təlimlər keçirmək istəyinə münasibət bildirib. Koçaryanın fikrincə bu, Azərbaycanın Qərbi Zəngəzur istiqamətində irəliləməsinin qarşısını ala bilər. Onun sözlərinə görə, Tehran belə bir təlimlərlə bağlı bir il əvvəl baş nazir Nikol Paşinyana müraciət edib. Lakin görünür Paşinyan Vaşinqtonun məsləhəti ilə İranla birgə hərbi təlimlərdən çəkinib. Bəs görəsən belə bir hərbi təlimlərin baş tutma ehtimalı nə dərəcədə realdır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Ermənistan hələ də KTMT-nin üzvüdür: “KTM qanunlarına görə, yalnız bu təşkilatın üzvləri Ermənistan ərazisində hərbi təlimlər keçirə bilər. Əgər Ermənistan İranla öz ərazisində birgə hərbi təlimlər keçirmək istəyirsə, o zaman Rusiyadan razılıq almalıdır. Rusiyanın isə buna razılıq verəcəyinə inanmıram. Çünki belə bir halın baş verməsi İranın Rusiyanın nüfuz dairəsinə daxil olması deməkdir. Bu da əlbəttə ki, ikitərəfli münasibətlərdə gərginlik yarada bilər. Həmçinin Rusiya və Ermənistan arasındakı mövcud gərginliyin daha da artması ilə nəticələnər. Yəni Qərbi Zəngəzurda İran və Ermənistanın hərbi təlim keçirməsi inandırıcı deyil. Həmçinin belə bir addımın atılması Türkiyə və Azərbaycana əzələ nümayişi kimi dəyərləndirilə və Tehran və Bakı arasındakı münasibətlərə təsir göstərə bilər”.

Olmaq, ya da olmamaq” məsələsi... - Və bütün tərəflər üçün “sonun başlanğıcı”...

Politoloq əlavə edib ki, Robert Koçaryanın söylədiyi fikirlərdə həqiqət var: “ABŞ və İran arasında olan gərginliyi nəzərə alsaq, Vaşinqtonun Tehran və İrəvanın birgə hərbi təliminə razılıq verəcəyinə inanmıram. Nəzərə almalıyıq ki, Ermənistanda geden mübarizə geosiyasi maraqlar üzərində qurulub. Bu gün təkcə ABŞ-Rusiya qarşıdurması getmir. Eyni zamanda ABŞ-İran mübarizəsi də baş verir. İran hazırda Ermənistanda öz mövqelərini gücləndirməyə çalışır. Amma ABŞ-ın buna icazə verəcəyi real deyil. Hər bir halda İran və Ermənistanın birgə hərbi təlim keçirməsi Azərbaycanın o ərazilərdə irəliləməsinə mane ola bilməz. İkincisi də İranın başı hazırda öz daxilində baş verən proseslərə qarışıb. Odur ki, Tehranın Qərbi Zəngəzurda keçiriləcək hərbi təlimlərə qoşun göndərə biləcəyi də inandırıcı deyil”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*