“İran və Ermənistanın maraqlarının üst-üstə düşməsi yeni vəziyyət yaradıb”.
KONKRET.az xəbər verir ki, bunu bu gün İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri “Ermənistan-İran münasibətləri ümumi maraqlar kontekstində” adlı forumda çıxışı zamanı deyib.
“Ermənistan və İran dövlətləri arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə həsr olunmuş bu elmi konfransda iştirak etməkdən çox şadam.
İran İslam Respublikası xarici münasibətlərin tənzimlənməsinə öz yanaşmasını üç prinsip əsasında qurub: ləyaqət, hikmət və məqsədəuyğunluq. Bu prinsiplər fəaliyyətlərimizi milli imkanların xeyrinə istifadə etməyə yönəldir. 1991-ci ildə Ermənistanın yenidən müstəqilliyi Ermənistan-İran münasibətləri üçün yeni qapı açdı. 31 il əvvəl bu gündə iki ölkə arasında siyasi əlaqələr rəsmi şəkildə qurulub.
İki ölkənin baxışlarının ümumiliyi və əsas maraqların üst-üstə düşməsi münasibətlərimizdə yeni situasiya yaradıb. Biz bunu qısaca 3 bənddə ifadə edə bilərik. Birincisi, iki ölkə liderlərinin yekdilliyi görünməmiş səviyyəyə çatıb. Son bir il ərzində iki ölkənin ən mühüm rəsmiləri ən azı bir dəfə həmkarları ilə görüşüblər. Bu prosesin davamlılığı mütləq lazımdır”,- deyə Zohuri bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
