İran Yol Polisinin rəisindən avtomobil istehsalçılarına: “Niyə ölüm arabaları istehsal edirsiniz?”backend

İran Yol Polisinin rəisindən avtomobil istehsalçılarına: "Niyə ölüm arabaları istehsal edirsiniz?"

İran Yol Polisinin rəisi Kamal Hadyanfər ötən günlərdə Xuzestan vilayətində 50 avtomobilin bir-birilə toqquşması nəticəsində meydana gələn qəzaya toxunaraq deyib ki, heç bir avyomobildə təhlükəsizlik yastıqları açılmayıb.

KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, o, habelə bildirib: “Ara məsafəsinə riayət etməmək qəzaya səbəb olur. Behbəhanda baş verən həmin faciəvi hadisədə heç bir avtomobilin təhlükəsizlik yastığı açılmayıb”. O, daha sonra daxili avtomobil istehsalçılarına xitabən söyləyib: “Niyə ölüm arabaları istehsal edirsiniz? Niyə standartlara əməl olunmur? Niyə Sənaye Nazirliyi nəzarət etmir? Bu hadisə ilə bağlı avtomobil istehsalçıları məhkəməyə verilməlidir. Yaxşı, deyək ki, Bəhbəhan hadisəsində sürücülər diqqətsiz olublar, doğrudur. Bəs aidiyyatı qurumların rolu nədən ibarət idi?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*