İran Zəngəzur üzərində Türkiyə ilə toqquşacaq – SENSASİON İDDİAbackend

İran Zəngəzur üzərində Türkiyə ilə toqquşacaq - SENSASİON İDDİA

Şuşada Qələbə bayramı münasibətilə keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və Ermənistan bunu iki il əvvəl üzərinə götürüb.

Dövlət başçısının bəyanatında bir daha təsdiq edilib ki, Bakı ilə İrəvan arasında sülhə nail olmaq üçün əsas şərtlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Prezident İlham Əliyev açıq şəkildə bildirib ki, Ermənistan öz öhdəliklərindən yayınmağa davam edərsə, sülh danışıqlarının gələcəyi çox qaranlıq olacaq.

Əliyevin sözü ağırdır, amma İrəvan susur

Bildiyiniz kimi, İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Sazişin Azərbaycanla Naxçıvan arasında sərbəst gediş-gəlişi nəzərdə tutan bəndinə əməl etmək istəməməsini orada “dəhliz” sözünün olmaması ilə əsaslandırır.

İlham Əliyevin Şuşadan simvolik olaraq səslənən mesajına Ermənistan rəhbərliyi hələ də cavab verməyib. Dolayı cavabı Parlamentin Xarici Əlaqələr Komissiyasının sədri, Paşinyanın komandasının üzvü Eduard Ağacanyanın reaksiyası hesab etmək olar.

“Ermənistan heç vaxt belə bir öhdəlik götürməyib, söhbət, sadəcə yolların açılmasından gedirdi”, – deyə Ağacanyan Zəngəzur dəhlizinin açılmasının Ermənistan üçün “qırmızı xətt” olduğunu təsdiqləyib. “Bu məsələ ilə bağlı mövqeyimiz heç vaxt dəyişməyib və dəyişməyəcək”.

Məlum olduğu kimi, İran da Zəngəzur dəhlizinin açılmasının qəti əleyhinədir və Azərbaycanın bu tələbini yerinə yetirməsinin İranın Ermənistanla quru sərhədinin bağlanmasına gətirib çıxaracağını əsas gətirir.

KONKRET.az xəbər verir ki,  serb politoloqu Nikola Mikoviç EURACTIV.com saytında dərc olunan məqaləsində Tehranın mövqeyinin əsl səbəblərini açıqlayır.

Müəllifə görə, İran Türkiyə ilə Azərbaycan arasında quru sərhədini açmaq istəmir, çünki bunu özünün geosiyasi maraqları üçün real təhlükə kimi görür.

Mikoviçin sözlərinə görə, İranın ötən ay sərhəddə keçirdiyi hərbi təlimləri zamanı onların Araz çayının Azərbaycan sahilinə tank və ağır texnikanın köçürülməsi təcrübəsi əslində rəsmi Bakıya açılışla bağlı planlardan əl çəkməsi ilə əlaqədar xəbərdarlıq idi.

Nikola Mikoviç, İranın sülh sazişinin əldə edilməsi perspektivindən və Ermənistanla Azərbaycan arasında otuz ildən artıq davam edən silahlı münaqişənin sona çatmasından niyə belə narahat olduğunu soruşaraq yazır:

“44 günlük müharibəyə faktiki son qoyan Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə əldə olunan atəşkəs razılaşmasının bir hissəsi olaraq Ermənistan Qərbi Azərbaycan ilə onun Ermənistan və İran əraziləri ilə əhatə olunmuş Naxçıvan anklavı arasında nəqliyyat əlaqəsinin qurulmasına razılıq verib. Bu bənd Azərbaycanın iki rayonu arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinə təminat verir.

Zəngəzur dəhlizi İranı tamamilə bağlayacaq

Həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) bu dəhliz boyu nəqliyyatın idarə edilməsinə zəmanət verməsi razılaşdırılıb ki, bu da 44 günlük müharibənin bitməsindən iki il keçsə də, tranzit daşımaların hələ də tranzit daşıma nöqtəsi olaraq qalmasının səbəblərindən biri olub. Ermənistan ehtiyat edir ki, Naxçıvana dəhliz onun suverenliyinə mənfi təsir göstərə, eləcə də İranla sərhədi zəiflədə bilər”.

Politoloqun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədə qalib gələn tərəf kimi Moskva sazişinin tam yerinə yetirilməsində israrlıdır və Ermənistandan İranla sərhədi boyunca pasport və gömrük nəzarəti olmadan avtomobil və dəmir yolları çəkməyi tələb edir. Naxçıvan dəhlizinin Azərbaycanı təkcə öz eksklavı ilə deyil, həm də Bakının ən yaxın müttəfiqi və Tehranın regional rəqibi olan Türkiyə ilə birləşdirəcəyini anlayan İran qəti şəkildə buna qarşı çıxır.

“Həqiqətən, Naxçıvana dəhliz tikilərsə, Türkiyəyə Cənubi Qafqaza yeni quru yolu verəcək və Türkiyə rəhbərliyi çox güman ki, enerji ilə zəngin regionda mövcudluğunu gücləndirmək üçün istifadə edəcək”, – serb analitik yazır.  Bundan əlavə, Türkiyə Mərkəzi Asiya bazarlarına daha qısa və sürətli marşrut əldə edəcək. Bir sıra iddialı məqsədlərin həyata keçirilməsi üçün nəqliyyat dayağının əldə edilməsi, şübhəsiz ki, Ankara üçün böyük geosiyasi qələbəyə çevriləcək”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*