İrana gedən gəmi QƏZAYA UĞRADIbackend

İrana gedən gəmi QƏZAYA UĞRADI

İranın Əmirabad limanına gedən “Omski-117” quru yük gəmisi VolqaXəzər dənizi nəqliyyat kanalında quruya çırpılıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Volqa-Xəzər dənizi nəqliyyat kanalının 60,2 km-də (İkryaninski rayonu, Vaxromeyevo kəndi yaxınlığında) baş verib.

Məlumata görə, gəminin heyəti 13 nəfərdən ibarət olub və onlardan heç biri xəsarət almayıb.

Gəmini dayazlıqdan çıxarmaq üçün yedək gəmilər göndərilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*