Fars Körfəzi ölkələri İrana qarşı mümkün hərbi münaqişəyə yalnız ABŞ-ın genişmiqyaslı müdaxiləsi halında qoşula bilər.
KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri regionun diplomatları və rəsmi nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı güclü hərbi-dəniz və hava qüvvələrinə malik olsalar da, Hörmüz boğazına nəzarət uğrunda təkbaşına hərəkət etməyə hazır deyillər.
Bununla yanaşı, ərəb monarxiyaları Türkiyə, Misir və Pakistanla birlikdə Tehrana qarşı ciddi siyasi və iqtisadi təzyiq göstərmək imkanına sahibdir. Bu isə İran rəhbərliyini strateji əhəmiyyətli boğazdan gəmilərin sərbəst hərəkətini təmin etməyə məcbur edə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
