Araşdırmalar İranda ən azı 650 qız tələbənin qəsdən zəhərləndirildiyini üzə çıxarıb. İranın yüksək rütbəli rəsmisi də qız tələbələrin xüsusi olaraq hədəf alındığını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edilib ki, onlardan heç biri həyatını itirməsə də, onlarla tələbə tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.
Artıq valideynlər qızlarını məktəbə göndərməkdən qorxduqları üçün onlayn təhsil tələb edirlər. Sosial şəbəkələrdə videoların birində ata çağırış edib:
“Övladlarımın təhlükəsizliyinə cavabdehsiniz! Mənim iki qızım var. İndi edə biləcəyim tək şey onları məktəbə göndərməməkdir”.
Eyni aksiyada iştirak edən bir qadın:
“Bu, müharibədir. Qızlar liseyinə bunu etməklə bizi evdə qalmağa məcbur etmək istəyirlər. Qızların evlərini tərk etmələrini istəmirlər!”
Bəzi valideynlər bildiriblər ki, uşaqlarının sağalması həftələr çəkir.
Başqa bir videoda xəstəxana çarpayısında qızı müşayiət edən qadın çağırış edib:
“Əziz analar. Mən anayam və uşağım xəstəxana çarpayısındadır. Onun əzaları zəifləyib. Xahiş edirəm, uşaqlarınızı məktəbə göndərməyin” sözləri ilə o, ictimaiyyətə səslənib.
İranın səhiyyə nazirinin müavini Yunus Pənahi deyib ki, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir. Demokrat.az
