Abadan əhalisinin anti-dövlət şüarları İran Dövlət Televiziyasının canlı yayımını kəsməsinə səbəb olub.
KONKRET.az İran mediasına istinadla xəbər verir ki, Abadan əhalisi İran Ekspertlər Şurasının Xuzestan əyalətindəki üzvü Mohsen Heydəri Alikəsirin Dövlət Teleradio Şirkətində canlı olaraq yayımlanan çıxışına mane olub.
Belə ki, o, çıxışı zamanı ətrafdakı insanlar hökumətə qarşı “bişərəf, bişərəf” deyə şüarlar səsləndirməyə başlayıblar. Bu zaman canlı yayim məcburiyyət qarşısında yarıda dayandırılıb.
“Həmşəhri” saytının məlumatına görə, yerli əhali fit, alqış, şüarlar və dövlət kanalının kameralarına hücumlarla hakimiyyətə kəskin etirazlarını bildiriblər.
Alikəsirin çıxışı dayandırıldıqdan sonra təhlükəsizlik qüvvələrinin etirazçılara hücum etdiyi və əhalini zorla dağıtmağa çalışdığı bildirilir.
Natiq Səlim,
KONKRET.az
