İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei barəsində ölüm hökmü çıxarılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, o, Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırılır.
Hazırda həbsdə olan Daei ilə yanaşı, daha 15 000 nəfərin edam olunacağı iddia edilib.
Qeyd edək ki, veteran hücumçu oktyabrın əvvəlində Saqqız şəhərində təşkil olunmuş yürüşdə iştiraka görə polislər tərəfindən saxlanılıb, ardınca isə həbsə göndərilib.
